Azərbaycan regional gücdən qlobal aktora çevrilməkdədir- ÖZƏL

"Təkcə son 1 ildə ölkəmizə xarici dövlətlərin liderlərinin, nazirlərinin etdikləri səfərlərə nəzər salsaq  kifayət qədər samballı mənzərə ilə üzləşirik. Yaxın Şərq, Afrika, Şərqi Asiya. Avropa, Mərkəzi Asiya. Coğrafi cəhətdən kiçik Azərbaycan bu səfərləri qəbul etməklə əslində böyük proseslərdə vacib aktor olduğunu təsdiqləyir"Olaylar" xəbər verir ki, bunu politolpq Zaur Məmmədov deyib: " Bu səfərlər və diplomatik fəallıq, ilk növbədə Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik çevikliyi və strateji rasionalizmi ilə bağlıdır. O, Azərbaycanın suverenliyini və maraqlarını müdafiə etməklə yanaşı, ölkəni beynəlxalq əməkdaşlıq üçün etibarlı və stabil tərəfdaş kimi təqdim etmişdir.
İlham Əliyevin liderliyi ilə Azərbaycan:
-Regional gücdən qlobal aktora çevrilməkdədir,
- dialoq quran və təşəbbüs göstərən dövlət modelini nümayiş etdirir,
-yeni dünya düzənində öz yerini strateji ağılla möhkəmləndirir.
Bu isə hər bir səfəri təkcə protokol xarakterli deyil, real geosiyasi nəticələrə yönəlmiş diplomatik nailiyyət kimi qiymətləndirməyə əsas verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31