Doğurdanmı Ermənistan Azərbaycanla sülh sazişini imzalamağa hazırdır?- ÖZƏL

"İrəvan Dialoqu" forumunda Nikol Paşınyan bir daha bəyan edib ki, "dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsini razılaşdıra bildik".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əkrəm Bəydəmirli bildirib:

"Ermənistan Azərbaycanla sülh sazişini imzalamağa hazırdır. Anlamaq olmur bu Ermənistan baş nazirinin növbəti manevr siyasədir, yoxsa gerçəkdən sülh istəyidir. Son illər Paşinyan və onun ətrafı sülhdən xeyli danışsa da, ortada səmimi istək və real addımlar olmayıb. Uzun müddət özünü sülh göyərçini kimi təqdim etmək və imitasiya xarakterli sülh danışıqları aparmaq regionda vəziyyəti yaxşılığa doğru dəyişməyib. 
 Amma, lakin vəziyyət getdikcə dəyişir. Media çıxışlarından bəlli olur ki, Ermənistan rəsmiləri anlayıblar, bu ölkənin xilası, inkişafı yalnız Azərbaycanla və Türkiyə ilə normal əməkdaşlıqdan başlayır. Əlaqələrin yaradılması üçün Azərbaycan tərəfini qane edən, məlum tələblərin yerinə yetirilməsi şərtilə Sülh müqaviləsi imzalanmalıdır.   
Rusiyanın çox konfiqurasiyalı siyasəti, Fransanın və digər ölkələrin erməni kartında istifadə elementləri aydın məsələdir ki, regiona davamlı sülh gətirmir və gətirməyəcək. O baxımdan Ermənistan rəhbərliyi real situasiyanı və öz sözünün məsuliyyətini dərk edəcəksə  sülh müqaviləsi gerçəkləşə bilər. Müqaviləni imzalamaq üçün cəsarətli addım, məsuliyyətli davranış lazımdır. Əgər Paşinyan yenə oyunbazlıq  edəcəksə, sülh müqaviləsi əlçatmaz olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31