Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad və Culfada seçiciləri ilə növbəti görüşlərini keçirib
26 May 2025 15:57 SiyasətMilli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad və Culfada seçiciləri ilə növbəti görüşlərini keçirib
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad və Culfa rayonlarında seçiciləri ilə növbəti görüşlərini keçirib.
Ordubad rayonun Biləv kənd mərkəzində keçirilən görüşdə Biləv kəndindən olan seçicilərlə yanaşı, Behrud və Parağa kəndlərindən, Culfa rayonunun Xanəgah kənd mərkəzində keçirilən görüşdə isə Xanəgah kəndindən olan seçicilərlə yanaşı, Xoşkeşin kəndindən olan seçicilər də iştirak ediblər.
Deputat görüşlərdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.
Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31