“…bu işi yerinə yetirə biləcək tək dövlət, tək qüvvə qardaş Türkiyədir. “— ÖZƏL

ABŞ-ın Türkiyədəki səfiri Tom Barak deyib ki, Vaşinqton Suriyanın yenidən qurulması üçün Türkiyə, Körfəz ölkələri və Avropa ilə birlikdə çalışmaq istəyir. O bildirib ki, artıq müharibə yox, suriyalıların rifahı və inkişafı ön plandadır. Barak keçmişdə edilən siyasi səhvləri tənqid edib və bu səhvlərin təkrar olunmayacağını söyləyib.ABŞ-ın Suriyanın yenidən qurulmasında fəal iştirak istəyi bölgədəki güc balansına necə təsir edə bilər?

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib ki, "Qardaş Türkiyə bizim bölgəmizdə - istər Yaxın Şərq, istər Güney Qafqaz və bütövlükdə regionda - söz sahibidir. Bir nömrəli dövlətdir və istər ABŞ, istərsə də Avropa Birliyi, istərsə də NATO bizim bölgəmizlə bağlı hər hansı addım atarkən məhz Türkiyənin gücünə və imkanlarına arxalanır.ABŞ səfirinin də belə bir fikir səsləndirməsi təsadüfi deyil. Yəni, ABŞ yetərincə uzaqgörən strateji hədəflər müəyyən edir və həmin hədəflər çərçivəsində də davranır. İndi əlbəttə ki, Suriyə ilə bağlı fikirlərin səsləndirilməsi və burada Türkiyəyə etimadın dilə gətirilməsi də təsadüfi deyil.Yəni ABŞ dövlətinin ən yüksək zirvəsi anlayır ki, bu bölgədə nəyisə etmək, nəyisə dəyişmək lazımdırsa, bu işi yerinə yetirə biləcək tək dövlət, tək qüvvə qardaş Türkiyədir. Ona görə də Türkiyəyə bu səviyyədə etimad var.Üstəlik də, bir var ABŞ-ın özü gəlib bölgədə nəyisə sahmana salmağa çalışsın, bir də var ki, yanı başındakı Türkiyə bu işi yerinə yetirsin.Bu baxımdan mənfi örnəklər də mövcuddur. Məsələn, İraqda vəziyyəti ABŞ təkbaşına yoluna qoymaq istəyirdi, amma nəticə - bu günə qədər - ortada deyil, vəziyyət hələ də həllini tapmayıb.Amma görürsünüzmü, Suriyada qardaş Türkiyə hərəkətə keçdi və keçən andan etibarən demək olar ki, bütün daşlar yerinə oturmağa başladı. Niyə? Çünki bölgəni Türkiyə yaxşı tanıyır. Ümumiyyətlə, bu bölgə, elə Suriyanın özü də qədim Türk torpağıdır, Böyük Osmanlı İmperiyasının bir parçası olub.Eyni zamanda, elə bizim Azərbaycanın - Səfəvilərin - də bir parçası olub, başqa imperiyalarımızın da bir hissəsi olub. Yəni bu baxımdan, əlbəttə ki, oraları biz daha yaxşı və daha düzgün bilirik.Ona görə də ABŞ-da ağlı başında olanlar düşünür ki, bəli, bu cür məsələlərin həllində məhz qardaş Türkiyəyə güvənmək daha doğru olardı."

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31