Qırğızıstan Ermənistan–Azərbaycan sülh sazişi üçün platforma təklif edib – ÖZƏL

Qırğızıstan Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün öz ərazisini platforma kimi təqdim etməyə hazırdır. 

Olaylar.az xəbər verir ki, bu barədə Qırğızıstan parlamentinin sədri Nurlanbek Turgunbek uulu İrəvanda Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşü zamanı bildirib.

Alen Simonyan isə Ermənistanın sülh sazişini imzalamağa hazır olduğunu qeyd edib. Görüş zamanı iki ölkə arasında ikitərəfli əməkdaşlıq məsələləri, xüsusilə parlamentlərarası əlaqələrin və dostluq qruplarının fəaliyyətinin gücləndirilməsi müzakirə olunub.

Simonyan, həmçinin "Sülh kəsişməsi" layihəsinin iqtisadi əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb. Görüşün sonunda Ermənistan və Qırğızıstan parlamentləri arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31