Moskva Ermənistanda hərbi mövcudluğunu təmin etməyə çalışır- ÖZƏL

"Moskva İrəvanı yenidən öz orbitinə qaytarmaq və bölgədə maraqlarını təmin etmək üçün Bakı və Ankaranın da rolundan faydalanmağa çalışır". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib: "Moskva "3+3" formatında əməkdaşlıq, İrəvanın "Sülh kəsişməsi" regional nəqliyyat layihəsinin reallaşması ilə bağlı verdiyi açıqlamalar bunun sübutudur.  Lavrov bildirib ki, Ermənistan "Sülh kəsişməsi" layihəsini reallaşdırmaq istəyirsə, o zaman Azərbaycanla sülh sazişi imzalamalı, Ankara ilə münasibətlərini normallaşdırmalıdır. Bu isə o deməkdir ki, İrəvan Bakının Zəngəzur dəhlizi ilə bağlı təklifini qəbul etməlidir. Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək şərti ilə açılmasında maraqlıdır və bu məsələ 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli birgə bəyanatın 9-cu bəndində əksini tapıb. Həmin bəyanatın 9-cu bəndinə əsasən Azərbaycanla Naxçıvan arasında Zəngəzur dəhlizi açılır və dəhlizə nəzarəti rus sərhədçiləri edir. Moskva Ermənistanda siyasi, iqtisadi maraqları ilə yanaşı, hərbi iştirakını təmin etməyə çalışır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31