“Biz öz ərazimizdə müharibə aparmışdıq” - ÖZƏL

"Macarıstanda səfərdə olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin Atillanın yurdunda  bu reallığı xatırlatması məncə, bir başqa təsir bağışlayırdı : "Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik. Azərbaycan, eyni zamanda, dörd il yarım əvvəl müharibə aparan ölkə olmuşdur. Biz öz ərazimizdə müharibə aparmışdıq. Ermənistanın 30 illik işğalına son qoymuşduq. Düzdür, bizim müharibəmiz Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparılmışdır. Hər gün biz irəliyə gedirdik, bir addım geri atmamışdıq, ordumuzda bir dənə də olsun fərari olmamışdır. Ermənistan ordusunda isə onların özlərinin etirafına görə 12 min fərari olmuşdur". 

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Bəli, tarix dəyişir, amma tarixi dəyişənlər, tarix yaradanlar necə vardı, elə də qalmaqdadırlar. Cənab İlham Əliyev ona toxunmasa da, macarlara sirr deyil ki, biz bu qələbəni qərbdəki əksər böyük dövlətlərin istəməmələrinə, işğalçıya çeşidli dəstək göstərmələrinə  rəğmən əldə etdik.

Mətbuata bəyanatında dövlət başçımız dost Macarıstana rəğbətimizin səbəblərindən daha birini, yəni Avropa Birliyinin tərkibində ola-ola Azərbaycan kimi müstəqil siyasət yeritdiyini də diqqətə çatdırdı ki, fikrimcə, bu da Atilla faktoruyla bağlıdır. Ancaq elə güclü genin daşıyıcıları Brüsselin, ilk növbədə də Birliyin yaradıcıları, onun Almaniya və Fransa kimi nəhəng üzvlərinin təzyiqlərinə boyun əyməyərək öz milli maraqlarından çıxış edə bilər. Necəki Macarıstan çıxış edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31