Gənclər ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edirlər- ÖZƏL
21 May 2025 10:18 Siyasət"Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti uğurla davam etdirilir". "Olaylar" xəbər verir ki, bunu YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev deyib: " Gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı, bu siyasətin əsas istiqamətlərindən biridir. Qarşıya qoyulmuş məqsədlərin öhdəsindən layiqincə gələn Azərbaycan gəncləri dövlətimizin və xalqımızın etimadını doğruldaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəmanlıq salnaməsi yazıblar. Artıq Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədləri, prinsipləri və istiqamətləri bəllidir. Bu sahədə qəbul edilən qərarlar Azərbaycan dövlətinin daha da güclənməsinə, gənclərin rifahının yüksəlməsinə töhfələr verir".