Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır- ÖZƏL

"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qazandığı möhtəşəm Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb". "Olaylar" xəbər verir ki, bunu YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib: "Azərbaycan ordusunun əldə etdiyi tarixi zəfər dövlətimizin və xalqımızın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. İkinci Qarabağ müharibəsi xalqın uzun illər itirilmiş inam hissini özünə qaytardı. Bu qələbə hər bir vətəndaşın həyatında dönüş nöqtəsinə çevrildi. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Hərbçilərimizin psixoloji hazırlığı, vətənpərvərlik hissi, döyüş ruhu çox yüksəkdir və tarixi Zəfərimizlə bütün beynəlxalq ictimaiyyət bir daha bunun canlı şahidi oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31