Deputatımız İspaniya Krallığına səfər edəcək
16:43 SiyasətMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov mayın 21-də İspaniya Krallığının Madrid şəhərinə səfər edəcək. O, 22-23 may tarixlərində keçiriləcək Kəşfiyyat və Təhlükəsizlik üzrə Parlament Forumunda iştirak edəcək.
Komitə sədri səfər çərçivəsində, həmçinin 24 may tarixində Azərbaycan Respublikasının İspaniyadakı səfirliyi tərəfindən təşkil olunacaq 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbirə qatılacaq.
Səfər mayın 25-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31