Matviyenko: Kiyevdə 9 May tədbirləri keçirmək ideyası absurddur –ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bəzi Avropa siyasətçilərinin İkinci Dünya Müharibəsində Qələbə Gününü Kiyevdə qeyd etmək təklifini "açıq-aşkar absurd və kinayə" adlandırıb.

Sankt-Peterburqda MDB parlament üzvləri ilə birlikdə Piskaryov xatirə kompleksinə gül qoyduqdan sonra açıqlama verən Matviyenko bildirib:
"Zelenskinin rejimi Banderanı və Şuxeviçi - minlərlə ukraynalının, rusun, polyakın və yəhudinin qanına bulaşmış Hitler tərəfdarlarını milli qəhrəman elan edib. Onların Qələbə bayramını keçirməyə hansı haqqı var? Bu, sadəcə, siyasi şoudur. Mən əminəm ki, özünü və suverenliyini hörmət edən heç bir lider bu Kiyev 'şənliyində' iştirak etməyəcək."

O, həmçinin bəzi Avropa ölkələrində Qələbə qəhrəmanlarına qarşı hörmətsizlik göstərildiyini qeyd edib və əlavə edib ki, "əsl Qələbə paradı" Moskvada keçiriləcək və orada bir sıra ölkələrin nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, daha əvvəl Serb Respublikasının rəhbəri Milorad Dodik Moskvadakı tədbirlərə qatılacağını və bununla bağlı Avropa İttifaqından mümkün sanksiyalardan çəkinmədiyini bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31