Pezeşkian 110 iş adamı ilə Bakıya gəlir – Tarix

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərinə hazırlıq sürətlənib.

Axar.az  xəbər verir ki, bu barədə İranın Ticarət Palatasının sədr müavini Hüseyn Pirmüəzzin deyib.

O bildirib ki, Ərdəbil və ölkənin şimal-qərb əyalətlərindən 110 özəl sektor fəalı və iqtisadi heyət Pezeşkianın səfəri ərəfəsində Azərbaycan Respublikasına yola düşəcək:

"Aprelin 28-də prezidenti müşayiət edən nümayəndə heyəti səfərə hazırlıq və yekun razılaşmanı başa çatdırmaq məqsədi ilə Azərbaycan Respublikasına səfər edəcək.

Ərdəbil, Gilan, Şərqi və Qərbi Azərbaycan da daxil olmaqla, ölkənin şimal-qərbinin dörd ostanının valiləri prezidentlə birlikdə Azərbaycan Respublikasına səfər edəcək. Bundan əlavə, prezidenti Azərbaycana səfər zamanı 110-120 nəfər müşayiət edəcək. Nümayəndə heyətinə özəl sektor fəalları və İranın iqtisadi və parlament nümayəndələri daxildir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31