Xankəndidə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək
18 Aprel 12:14 SiyasətXankəndidə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək.
Bunu Agentliyin icraçı direktoru Aygün Əliyeva qurumun 4 illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.
"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi regional miqyaslı layihələrin də icrasına başlayıb. 2025-ci ilin martında Bakıda İraq, Suriya və Türkiyədən olan türkman QHT-lərinin forumu təşkil olunub", - A.Əliyeva qeyd edib.
O bildirib ki, Forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzura da səfər etmiş türkman vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycandan yüksək təəssüratlarla ayrılıb:
"Türk dünyası ilə genişləndirilən fəaliyyətin davamı olaraq, qarşıdakı dövrdə Azərbaycan və Özbəkistan QHT-ləri üçün iki qardaş dövlətin ilk dəfə birgə qrant müsabiqəsinin elan olunması gözlənilir, bu istiqamətdə müvafiq iş aparılır".
Aygün Əliyeva sonda onu da bildirib ki, bu il Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun Xankəndidə keçirilməsi nəzərdə tutulur, azad edilmiş ərazilərdə fəaliyyət gücləndiriləcək.