Zəngəzur dəhlizi region üçün mühüm fürsətdir – ÖZƏL

"Long War Journal"a görə, İran  Zəngəzur dəhlizindəki mümkün qarşıdurmada Ermənistanı dəstəkləyə bilər, çünki 2022-ci ildə sərhəd yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirib.  Maraqlıdır ki, Ermənistanın baş naziri isə müharibə ehtimalının olmadığını, sülhə nail olunacağına inandığını bildirib.

Politoloq İlyas Hüseynov Olaylar.az-a   bildirib ki, Zəngəzur dəhlizi yalnız sülh yolu ilə açıla bilər:

"Vətən müharibəsindən sonra bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kontekstində yeni imkanlar formalaşıb və hesab edirəm ki, bu imkanlardan maksimum dərəcədə istifadə etmək lazımdır". Zəngəzur dəhlizinin açılması, ilk növbədə, Ermənistan iqtisadiyyatı üçün mühüm dividendlər vəd edir, sülhü və dövlətlərarası münasibətlərin inkişafını təşviq edir. Əgər iqtisadi fəallıq bölgədə olacaqsa, bu, sülhü və təhlükəsizliyi möhkəmləndirəcəkdir. Hesab edirəm ki, Ermənistanda bunu anlamalıdırlar. 
Digər tərəfdən, dəhlizin açılmasına ən kəskin şəkildə münasibət bildirən dövlət İrandır və İranın Zəngəzur dəhlizi ilə bağlı özünəməxsus yanaşması var. Bir tərəfdən, dəhlizin açılmasını geosiyasi dəyişiklik kimi qəbul edirlər, digər tərəfdən isə İran çalışır ki, dəhliz onun ərazisindən keçsin və İran ilə Şərqi Zəngəzur arasında bu gün bağlantının formalaşması İran üçün daha məqbul hesab olunur. Lakin yaranan vəziyyətdə hərbi eskalasiyalar tamamilə aradan qaldırılır. Belə bir fikir mümkün deyil, belə bir yanaşma yoxdur və bu cür fikirləri irəli sürmək hesab edirəm ki, qüsurludur. Bu, regionu inkişafdan saxlayır, saxta təsəvvürlər formalaşdırır.
Bu yaxınlarda İran ilə Ermənistan arasında keçirilən hərbi təlimlərin də, heç bir mahiyyəti yoxdur. Çünki bölgədə təhlükəsizliklə bağlı risklər mövcud deyil. Bunu Ermənistan tərəfi də bəyan etmişdir. Zəngəzur dəhlizinin açılması yalnız sülh yolu ilə, dinc vasitələrlə və danışıqlar yolu ilə mümkün olacaqdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31