ABŞ atəşkəsin əldə olunması üçün Kiyevə təzyiqlər edir- ÖZƏL
17 Aprel 14:14 Siyasət"ABŞ Rusiya və Ukrayna arasında atəşkəsin əldə olunması üçün Kiyevə təzyiqlər edir. Xüsusilə Ukraynanın beş regionunu Moskvaya güzəştə getməyə və bunun müqabilində atəşkəsin əldə edilməsi tələb edilir. Bu kontekstdə D.Trampın xüsusi nümayəndəsi V. Putinlə danışaqlar aparıb. Bir neçə gün bundan əvvəl, ABŞ xüsusi nümayəndəsi beş regionla bağlı danışıqlar getdiyini vurğuladı. Görünür, Vaşinqton beş regionu Rusiya verməklə atəşkəsin əldə edilməsinə çalışır.
Rusiya xarici kəşfiyyat xidmətinin rəhbəri S.Narışkin Ukraynada atəşkəs və sülh üçün Kiyevin Rusiyanın sərhədləri daxilində beş regionu taninmasını əsas şərt kimi irəli sürdü". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: "Prinsipcə D.Tramp V. Putinin Ukrayna ilə bağlı bu şərtini qəbul etmək istəyir. Amma, Ukrayna prezidentinin prinsipial mövqeyi və Avropa ölkələrinin dəstəyi D. Tramp -V. Putin sövdələşməsinin qarşısını alır. Göründüyü kimi, V. Zelenskinin "Patriot" raket almaq təklifinə D. Tramp sərt reaksiya verərək, Rusiya ilə müharibənin səbəbkarı kimi xarakterizə edib. Bu, onu göstərir ki, ABŞ prezidenti Rusiya ilə sövdələşməyə getməyə çalışır. Amma, Rusiya atəşkəsə getmir və hətta Kiyevdə hakimiyyətin dəyişməsini şərtini qoyur. Hazırkı şərtlərlə Rusiya ABŞ arasında danışıqlar baş tutmayacaq.
D.Tramp komandasında Rusiya ilə bağlı ciddi fikir ayrılıqları var. Dövlət katibi və Mərkəzi Kəşfiyyat idarəsinin rəisi Rusiya qarşı sərt xəttin tərəfdarıdır.
Rusiya və ABŞ arasında danışıqları Avropasız aparıldığı üçün müsbət nəticə əldə edilməyəcək. Rusiya və Ukrayna arasında atəşkəsin yaxın perspektivdə əldə edilməsi gözlənilmir. Avropa Ukraynaya 23 milyard dollarlıq hərbi yardım ayırıb. Tərəflər arasında bu ilin axırına kimi müharibə davam etməsi gözlənilir. Ukrayna növbəti aylarda cəbhədə təşəbbüsü ələ alacaqsa, Rusiya danışıqlarda əvvəlki mövqeyindən geri çəkilə bilər".