Türk dünyasının güclənən üçbucağı: Bakı–Ankara–Lefkoşa əlaqələri– ÖZƏL

"Şübhəsiz ki, bu gün Azərbaycan və Türkiyə arasında əlaqələr tarixi bir mərhələdədir. Bizim aramızda tarixi bir deklarasiya imzalanıb və biz Türkiyə ilə rəsmi olaraq müttəfiqik, strateji müttəfiqik.

Şimali Kipr məsələsinə gəldikdə isə, bu gün  Azərbaycanla Şimali Kipr arasında da əlaqələr yaxşı səviyyədədir. Cənab Prezidentin təşəbbüsü ilə Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv seçilib və təşkilatın zirvə görüşünə dəvət olunub. Şimali Kiprin Prezidenti Ersin Tatar da həmin zirvədə iştirak edib və Azərbaycan son proseslərdə açıq şəkildə Şimali Kiprə dəstəyini göstərib".
                                                                                                                                                                                                                       Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:                                                                                 Şimali Kiprin yerləşdiyi ərazilər - Şərqi Aralıq dənizi zonası - çox əhəmiyyətli bir bölgədir. Əlbəttə, Şimali Kiprin hərbi gücü Azərbaycan və qardaş Türkiyə ilə müqayisə oluna bilməz, çünki o, kiçik bir ada dövlətidir. Ancaq Türkiyənin dəstəyi ilə aktiv şəkildə gücləndirilməsi, yerləşdiyi strateji mövqe, tarixi bağlarımız və bölgədəki gələcək vəd edən imkanlar bu əməkdaşlığın genişlənməsi baxımından mən hesab edirəm ki, hər üç dövlət üçün müsbət nəticələr doğura bilər".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31