Zəngəzurda hərbi gücdən istifadə… – Rəvançi
17 Aprel 13:21 Siyasət"İran İslam Respublikası sülhün əldə olunması üçün Azərbaycana və Ermənistana dəstək verməyə hazırdır".
Globalinfo.az bildirir ki, bunu İranın xarici işlər nazirinin müavini Məcid Taxt Rəvançi deyib.
Rəvançi həmçinin, Ermənistan və Azərbaycan arasında sülh sazişinin regional sabitlik üçün əhəmiyyətini vurğulayıb. O, müqavilənin imzalanmağa hazır olduğunu deyib və iki ölkəni də gələcəyə diqqət yönəltməyə çağırıb.
Nazir müavini başqa ölkənin ərazi bütövlüyünün pozulmasının yolverilməz olduğunu bildirib və hərbi gücdən istifadəni pisləyib.
Rəvançı Bakı və İrəvanı sülhü təmin etmək üçün qarşılıqlı hörmətə və beynəlxalq hüquqa əsaslanan regional əməkdaşlığa çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31