İran Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına dəstək verməyə hazırdır

İran Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına dəstək vermək istiqamətində bütün səyləri göstərməyə hazırdır.

Trend-in məlumatına görə, bunu İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, İran qonşu ölkələrlə dostluq və balanslı münasibətlərə və yaxşı qonşuluq prinsipinə sadiqdir.

Təxt Rəvançi bildirib ki, iki ölkə arasında sazişin imzalanması regional sabitlik üçün əhəmiyyət kəsb edir.

Nazir müavini deyib ki, region ölkələri qarşılıqlı hörmət və beynəlxalq hüquq və normalar çərçivəsində bir-biriləri ilə əməkdaşlıq edə bilərlər. Bu da gələcək nəsillər üçün sülh, sabitlik, dostluq, əməkdaşlıq və inkişaf gələcəyini təmin edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31