Gürcüstanla Azərbaycan arasındakı münasibətlər regionda strateji tərəfdaşlıq modelidir- ÖZƏL

"Prezident Mixeil Kavelaşvilinin Azərbaycana səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım oldu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin depuatı Rəşad Mahmudov deyib: "Bu, hər iki tərəfin qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və regionda sabitliyin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirdi. Dost ölkə Prezidentinin səfərinin Gürcüstanla Azərbaycan arasında münasibətlərin inkişafına yeni təkan verəcəyi gözlənilir. Hər iki ölkə strateji tərəfdaşlığı gücləndirməkdə və ümumi məqsədlərə nail olmaq üçün birgə işləməkdə qərarlıdır.  Bütövlükdə, Gürcüstanla Azərbaycan arasındakı münasibətlər regionda strateji tərəfdaşlıq modelidir. Onlar qarşılıqlı hörmətə, ümumi maraqlara, regional sabitlik və rifah istəyinə əsaslanır. Mütəmadi olaraq keçirilən yüksək səviyyəli görüşlər, sazişlərin imzalanması və birgə layihələrin həyata keçirilməsi bu əlaqələrin daha da dərinləşməsinə və genişlənməsinə xidmət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31