Fon der Leyen: “Qərb artıq əvvəlki kimi mövcud deyil”- ÖZƏL 

Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Qərb artıq əvvəlki formasında mövcud deyil. Olaylar.az xəbər verir ki, o, bu fikrini 15 aprel tarixində Almaniyanın Die Zeit qəzetinə verdiyi müsahibədə səsləndirib. Sual isə Avropa İttifaqının Qərbin yeni liderinə çevrilib-çevrilməməsi ilə bağlı olub.

"Bizim tanıdığımız formada Qərb artıq mövcud deyil. Dünya indi, o cümlədən geosiyasi baxımdan, bir qlobusa çevrilib. Dostluq şəbəkələrimiz indi bütün dünyanı əhatə edir. Bunu gömrük rüsumları ilə bağlı gedən müzakirələrdə də görmək mümkündür", - deyə Fon der Leyen vurğulayıb.

Brüssel və Vaşinqton arasında mümkün uzaqlaşma ilə bağlı sualı cavablandıran Fon der Leyen ikitərəfli dostluğun davam edəcəyinə inandığını bildirib və özünü "ABŞ-nin böyük dostu və qətiyyətli atlantist" adlandırıb. Eyni zamanda, digər tərəfdaşlarla münasibətlərin inkişafının da vacibliyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31