Dövlət başçısının səsləndirdiyi hər bir bəyanat strateji məna daşıyır- ÖZƏL
16 Aprel 14:39 Siyasət"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" beynəlxalq forumda çıxışı yalnız bölgə ölkələrinə deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan ciddi mesajlar idi". "Olaylar" xəbər verir ki, bunu YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov deyib: "Forum qlobal siyasətdəki dəyişiklikləri və Azərbaycanı bu yeni nizamda hansı rolu oynamağa namizəd olduğunu müzakirə edən çox mühüm bir hadisə oldu. Formda dövlətimizin başçısının səsləndirdiyi fikirlər Ermənistanla normallaşma prosesinin konturlarını, mümkün sülh sazişinin şərtlərini və regionda gələcək əməkdaşlıq imkanlarını aydın şəkildə ortaya qoyur. Bu çıxış həm də Azərbaycanın geosiyasi baxışının, regional transformasiya layihələrinin və təhlükəsizlik arxitekturasının konturlarını müəyyənləşdirir.
Forumun keçirilməsi dünya düzəninin sürətlə dəyişdiyi, geosiyasi ziddiyyətlərin dərinləşdiyi bir dövrə təsadüf edir. Müasir çağırışlara cavab axtaran ölkələr və beynəlxalq qurumlar yeni əməkdaşlıq formatları yaratmağa çalışır. Məhz belə bir məqamda keçirilən bu forum, qlobal məsələlərin açıq dialoq şəraitində müzakirəsi üçün mühüm platforma oldu. Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib ki, bizim Qoşulmama Hərəkatında güclü mövqeyimiz, Mərkəzi Asiya ilə yaxşı əlaqələrimiz var. İqtisadi baxımdan güclü, enerji resurslarına, ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkə olduğumuzu vurğulayıb. Bütövlükdə, dövlət başçısının forumda səsləndirdiyi hər bir bəyanat strateji məna daşıyır. Bunlar sadəcə mövcud vəziyyətin şərhi deyil, həm də yeni siyasi arxitekturanın konturlarını cızan planlardır".