Ermənistan sərhədin delimitasiyası üzrə Azərbaycana yazılı təkliflər təqdim edib – ÖZƏL
16 Aprel 12:35 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın sözlərinə görə, rəsmi İrəvan sərhədin delimitasiyası prosesinin davam etdirilməsi ilə bağlı Azərbaycana yazılı təkliflər təqdim edib. O bildirib ki, bu təkliflər həm yanaşmalar, həm də konkret sahələr üzrə irəliləyişi əhatə edir.
Paşinyan qeyd edib ki, ilkin razılaşmaya əsasən, delimitasiya işlərinin Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin qovuşduğu şimal nöqtədən başlayaraq cənuba - İran sərhədinədək davam etdirilməsi planlaşdırılır. Ermənistan tərəfi artıq növbəti mərhələyə hansı sahədə başlamağın mümkün olduğunu da göstərib.
Baş nazir bu prosesin dalana dirəndiyini düşünmədiyini və işlərin ardıcıl şəkildə davam etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, 2025-ci il yanvarın 16-da Mqer Qriqoryan və Şahin Mustafayevin rəhbərliyi ilə keçirilmiş komissiya görüşündə delimitasiya işlərinə şimaldan başlamaq barədə razılıq əldə olunmuşdu.