Belçikanın Azərbaycanla bağlı mövqeyi ikili standartların bariz nümunəsidir- ÖZƏL

"Belçikadan  Azərbaycana qarşı səsləndirilən bu iddialar, əslində, "demokratiya" pərdəsi altında öz maraqlarının təcəssümüdür. Yəni, Belçikada birtərəfli şəkildə elə bir geosiyasi mövqe  formalaşıb ki, beynəlxalq sistem artıq iflasa uğrayıb. Və beynəlxalq sistemin iflasa uğraması fonunda hər hansı bir dövlətin başqa bir dövlətin daxili işlərinə qarışması, əslində, xalqın maraqlarını, ədaləti və ya demokratiyanı qorumaq məqsədi daşımır. Bu cür məsələlər, əksinə, həmin dövlətlərin digər ölkələrə qarşı təzyiq vasitəsinə çevrilir".

Bu fikirləri siyasi şərhçi Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib:

"Belçikanın etdiyi də bu kontekstdə başqa bir şey deyil. Əgər Belçika dövləti, doğrudan da, Azərbaycan xalqının sosial rifahı, yaşayış səviyyəsi və ya demokratiya məsələləri ilə maraqlansaydı, onda  ilk növbədə  Qarabağ məsələsində biz Belçikadan məntiqli və obyektiv bir mövqe gözləyərdik, yaxud da belə bir mövqe görərdik. Əgər bunu görmürüksə, demək ki, Belçikanın Azərbaycandakı mövcud vəziyyətə dair münasibət bildirməsi sadəcə ikili standartların təzahürüdür.

Necə ola bilər ki, işğala, soyqırıma məruz qalmış bir xalqın bu qədər ciddi bir problemi səni maraqlandırmır, amma ölkədə baş verən hər hansı bir həbs və ya digər neqativ hadisələr dərhal diqqətini çəkir?  Bu səbəbdən, Belçikanın tutduğu mövqe olduğu kimi dəyərləndirilməlidir - ikili standartlar prizmasından. Və əlbəttə ki, bu yanaşmaya qarşı lazımi cavab verilməlidir.

Dünya dəyişir, hər bir dövlətin öz maraqları ön plana çıxır. Belə bir şəraitdə Azərbaycan da  Belçikanın və ya digər dövlətlərin maraqlarını deyil, öz maraqlarını üstün tutmalıdır. Heç bir dövlətin  Azərbaycanın daxili və xarici siyasətinə müdaxilə etməsinə icazə verilməməlidir. Belçikaya da sırf bu ikili standartlara əsaslanan mövqeyinə görə lazımi cavab verilməlidir".  

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31