“Olaylar” dövlətçilik ənənələrinə sadiqliyini hər zaman qoruyub saxlayıb- OLAYLAR-30
15 Aprel 19:40 Sosial"30 ildir Azərbaycan olaylarının içndə bir "Olaylar" var və xəbərin, informasiyanın ən qıt, əlçatan olmayan vaxtlarında olduğu kimi indi də oxucularını xəbərsiz qoymur. Özünün auditoriyası və oxucu potensialı ilə cəmiyyətin informasiya təminatında mühüm yer tutur". "Olaylar" xəbər verir ki, bunu "Cümhuriyət" qəzetinin Baş redaktor Rafail Becanov deyib: "İndiki informasiya bolluğunda öz yerini və etibarlı mənbə olmağı qoruyub saxlayan "Olaylar" müstəqil informasiya siyasəti, milli və dövlətçilik ənənələrinə sadiqliyini hər zaman qoruyub saxlamışdır. Ona görə də "Olaylar" hər zaman ictimai rəyin formalaşmasında özünün dəsti-xətti olan, cəmiyyətin müxtəlif təbəqələrinə xitab edən nüfuzlu bir media tribunasına çevrilib. Obyektivlik və peşəkarlıq, düzgün qurulan media siyasəti və məsuliyyətlilik onun oxucu platformasının yaranmasında xüsusi yer tutur.
"Olaylar" eyni zamanda media məktəbinə çevrilən media quruluşlarından biridir. Dilimizin qorunmasında, informasiya ilə işləmək vərdişlərinin formalaşmasında hər zaman nümunə göstərib. Bacarıqlı və peşəkar jurnalistlərin yetişməsində böyük rolu olub. Yetirmələri, əməkdaşları bu gün də müxtəlif media quruluşlarında çalışır, rəhbərlik edir və öyrəndikləri peşəkarlığı həmin media vasitələrində şərəflə yerinə yetirir, gənclərə öyrədirlər.
30 illik yubiley münasibəti ilə hər zaman oxucular tərəfindən sevilən "Olaylar" qəzetinin və eyni adlı İnformasiya Agentliyinin qurucusu və rəhbəri dostumuz Yunus Oğuzu, bu media qurumunun bütün kollektivini təbrik edirəm!
Yolunuz açıq, işləriniz uğurlu və olayınız, informasiyanız bol olsun!"