Avropa İttifaqı Azərbaycanı görməzdən gəlir, Ermənistanı isə daim dəstəkləyir- ÖZƏL

"Uzun illərdir ki, Avropa İttifaqı, Avropa Komissiyası Azərbaycana ikili standartlarla yanaşır. Ermənistana dost, qardaş kimi, Azərbaycana isə düşmən gözündən baxırlar . Cənab Prezident çox doğru dedi ki, onlar çəhrayı eynəklərini çıxarıb dünyaya real baxmalı, reallığı qəbul etməlidirlər".

Bu fikirləri politoloq Elşad Həsənov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq bildirib  ki, Avropa İttifaqı Azərbaycanı görməzdən gəlir, Ermənistanı isə daim dəstəkləyir:

"Bugün Cənubi Qafqazın lider ölkəsi Azərbaycandır. Əhali sayı, iqtisadiyyatı, hərbi gücünə görə və eyni zamanda Avropa İttifaqına enerji təhlükəsizliyini təmin edən ölkə Azərbaycandır. 
Ermənistan bəs Avropa İttifaqına nə verir? Hesab edirəm ki, Avropa İttifaqı bir xristian klubudur və orada da onlar özlərinin xristian qardaşları, bacıları olan Ermənistanı dəstəkləyirlər. Çünki Fransa bildirir ki, onlar Ermənistanın böyük bacısıdır və bunun nöqtəyi nəzərdən də onlar siyasətlərini belə qurular. Azərbaycana isə başqa gözlə baxırlar.  Azərbaycan öz gücü ilə, öz siyasəti ilə reallığı onlara aydın formada göstərdi. BMT-nin dörd məlum qərarını yerinə yetirmədilər. ATƏT-in Minsk qrupunun həmsədrləri 28 il gəldilər, getdilər, bir şey etmədilər. Bütün bunları Azərbaycan özü etdi, həmin qətnamələri  yerinə getirdi və reallığı da onlara başa saldı. Bugün də həmin bu məsələlər davam edir. Avropa Komissiyası Azərbaycana ögey gözlə baxır, Azərbaycanın naliyyətlərini görməzdən gəlir. Ancaq Ermənistana daima dəstək verirlər, Ermənistana maliyyə yardımı alırlar, Ermənistanı silahlandırırlar. Bütün bunların da əsas başında duran Fransa və onun hakimiyyətində olan qüvvələrdir. Artıq Avropada başa düşməlidir ki, reallıq nədir.
Bir məsələ də vardır. 30 ildir ki, Türkiyə Avropa İttifaqının üzvlüyünə namizəddir. Bugün hələ də Türkiyəni Avropa İttifaqına üzvlüyə qəbul etmirlər. Niyə? Cavab həmən dediyim bu  məsələlərdir. Yəni onlar xristian klubudurlar, istəmirlər ki, Türkiyə Avropa İttifaqının üzvü olsun. Bugün NATO-nun ən güclü ordusu Türkiyədir. Tramp hakimiyyətə gələndən sonra  Avropa başa düşür ki, öz təhlükəsini təmin etmək üçün onlar yeni bir alyans yaratmalıdır. Əgər  ABŞ NATO-dan çıxarsa, NATO ölkələri təhlükəsizliyi təmin etməkdə problemlər yaranar.  Bunun üçün də artıq onlar təlaşlanırlar və  Türkiyədən istifadə etmək istəyirlər. Yeni reallıqlar, yeni problemlər Avropanı öz siyasətlərinə yenidən baxmağa məcbur edəcək, çəhrayı eynəkləri çıxardıb real halda Azərbaycana baxıb dəyər verəcəklər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31