31 Mart soyqırımı Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir- ÖZƏL

"Bəşər tarixinə faciə kimi düşən 31 Mart soyqırımı Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "31 Mart hadisələri Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Həmin hadisələr zamanı şəhid olan azərbaycanlıların ruhu daim uca tutulacaq. Onların əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən Müharibəsi və 19 sentyabr 2023-cü ildə bir günlük əməliyyat zamanı torpaqlarımızda erməni separatizminin kökünü kəsdi. Ordumuz erməni terrorunun qurbanı olan bütün müsəlmanların, türklərin intiqamını döyüş meydanında aldı. Bu gün şəhidlərimizin ruhu şaddır. Onları qisası yerdə qalmadı. Hər bir Azərbaycan vətəndaşı xalqımızın başına gətirilən faciələri unutmamalı, həqiqətlərin, o cümlədən 1918-ci ilin martında baş vermiş hadisələrin gələcək nəsillərə və dünya ictimaiyyətinə çatdırılması üçün əlindən gələni etməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31