Azərbaycançılıq xalqımızın milli-tarixi sərvətidir- ÖZƏL

"Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasını dövlətçilik ideologiyası səviyyəsinə yüksəldib". "Olaylar" xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) professoru, tarix elmləri doktoru Nuru Məmmədov deyib: "Azərbaycançılıq xalqımızın milli-tarixi sərvətidir.  Bu, ilk növbədə, vahid və bölünməz Azərbaycanın qorunub saxlanılması və möhkəmləndirilməsinin siyasi-ideoloji əsasıdır. Azərbaycançılığın mahiyyətini müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların üzvi şəkildə vəhdəti təşkil edir. Azərbaycançılıq ideologiyası Azərbaycanın ərazisində yaşayanların həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya həm də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini, ölkəmizin güclənməsini istəyən insanları birləşdirir. Ona görə də bu məfkurə dünyada yaşayan bütün azərbaycanlıları öz ətrafında cəmləşdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31