Bu, Trampın təkbaşına həll edəcəyi məsələ deyil- ÖZƏL
5 Mart 13:04 Siyasət"Tramp çıxış edib deyir ki, mən ölkəni Ümumdünya Səhiyyə Təşkilatına üzvlükdən çıxardım. Sonra da deyir ki, BMT-nin İnsan Hüquqları Şurasından da çıxdıq. Hüquqi nonsense". "Olaylar" xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov deyib: "Birincisi ÜST BMT-nin ixtisaslaşmış 14 idarəsindən biri olsa da müstəqil beynəlxalq təşkilatdır. Beynəlxalq publik hüququn subyektidir. Ona üzv olmaq üçün nizamnaməsini icra orqanı imzalayır, parlament ratifikasiya edir. Konqresin hər iki palatasında denosasiya məsələsinə baxılmayıb bildiyim qədər. Bu məsələ Prezidentin təkbaşına həll edəcəyi məsələ deyil.
İkincisi BMT İnsan Hquqları Şurası ayrıca beynəlxalq təşkilat deyil, BMT-nin sturukturuna daxil olan qurumdur. Ondan necə çıxmaq olar? Hazırda ABŞ İHŞ üzvü deyil axı. İHŞ tərkibi dövrü olaraq dəyişən 47 dövlətdən ibarətdir. İştirakçıların yarısı əl çalır, o biri yarısı da etiraz edir. Proses ştatlar səviyyəsinə keçsə ABŞ üçün yaxşı olmayan nəticələrə gətirə bilər. Amma çıxışın əksər hissəsi çox maraqlıdır. ABŞ xalqı müdrikdir. Özləri həll edər".