İlham Əliyev ölkədə islahatların davamlılığını təmin etdi
8 Fevral 14:08 Siyasət"2024-cü ilin fevralında keçirilən prezident seçkilərində İlham Əliyevin qalib gəlməsi, Azərbaycanın siyasi sabitliyinin və ölkə rəhbərliyinin davamlılığının təsdiqi oldu. Bu, eyni zamanda, vətəndaşların, eləcə də beynəlxalq aləmin ölkə rəhbərliyinə olan etibarını gücləndirdi. İlham Əliyev ölkədəki islahatların və strateji inkişaf planlarının davamlılığını təmin etdi. Seçkilər nəticəsində əldə olunan qalibiyyət, eyni zamanda ölkə daxilində və xaricində Azərbaycanın mövqeyini gücləndirdi". "Olaylar" xəbər verir ki, bunu YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib: "Cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə iqtisadi islahatlar və sosial inkişaf sahəsində mühüm dəyişikliklər baş verdi. Ölkənin iqtisadiyyatı daha da şaxələndirilərək qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrıldı. Təhsil sistemində həyata keçirilən islahatlar, xüsusilə yüksək texnologiyalı sahələrdə iş imkanlarının artırılması, gənclərin inkişafına töhfə verdi. İlham Əliyevin rəhbərliyi altında dövlət orqanları və müstəqil institusiyalar arasında balansın qorunması üçün hüquqi və qanunvericilik islahatları həyata keçirildi. İnsan hüquqları sahəsində beynəlxalq prinsiplərə uyğun dəyişikliklər baş verdi".