Avropa İttifaqının “müşahidəçilər"i sərhəddə yenidən fəallaşıb
28 Yanvar 2025 12:32 SiyasətAvropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş "müşahidəçilər"i yenidən fəallaşıb.
Olaylar.az xəbər verir ki, bununla bağlı "Trend"ə yeni görüntülər daxil olub.
Aİ-yə məxsus 2 ədəd "Toyota" markalı avtomobildə "müşahidəçilər" Ermənistan-Azərbaycan sərhədinə yaxınlaşaraq Qazax istiqamətində ərazilərimizi izləməyə başlayıblar.
"Müşahidəçilər"in fəaliyyəti Dövlət Sərhəd Xidmətinin hərbçilərinin gözündən yayınmayıb. Onların bizim ərazilərimizi izlədiyi kimi, bizim hərbçilərdə onların fəaliyyətlərini diqqətlə izləyirlər.
Trend "müşahidəçilərin" ərazilərimizi izləməsinin görüntülərini təqdim edir:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31