Ekspert: “Ermənistan ABŞ ilə imzaladığı sazişi izah etmək məcburiyyətində qalıb” – ÖZƏL
23 Yanvar 2025 16:58 SiyasətErmənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ ilə Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq xartiyasını parlamentdə müzakirə edib. O, bu sənədin iki ölkə arasında geniş və uğurlu əməkdaşlıq imkanları yaratdığını vurğulayıb. Mirzoyan bildirib ki, xartiya hərbi ittifaq xarakteri daşımır və Ermənistanın müstəqil qərarvermə qabiliyyətini qorumağa yönəlib. Eyni zamanda, nazir Rusiya və İranla sıx əlaqələrin və koordinasiyanın davam etdiyini, xartiyanın bu ölkələrlə münasibətlərə təsir göstərmədiyini qeyd edib.

Məsələ ilə bağlı Olaylar.az-a açıqlama verən siyasi ekspert Əziz Əlibəyli qeyd edib ki, Ermənistan ABŞ ilə imzaladığı sazişi izah etmək məcburiyyətində qalıb:
"Bu məcburiyyət Rusiya və İranın ona təzyiqindən sonra meydana çıxdı. Qeyd etmək lazımdır ki, Ermənistan guya Azərbaycanın artan hərbi təzyiqinə qarşı belə bir hərbi müttəfiqliyə ehtiyac duyduğunu dilə gətirirdi. Proses göstərdi ki, gedişat özünü doğrultmur və Azərbaycanın dəqiq yürütdüyü xarici siyasi xətt nəticəsində bu prosesdə Ermənistan İran və Rusiya ilə üzbəüz qaldı. Bu səbəbdən xartiyanı izah etmək məcburiyyətində qalır".
Qiymət Mahir