İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakı ölkəmizin nüfuzuni bir daha təsdiq edir- ÖZƏL

"Azərbaycan prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunda iştirakı iqtisadi nəticələrlə yanaşı, siyasi baxımdan da  Azərbaycanın beynəlxalq arenada nüfuzunun artması və mövqeyinin güclənməsi üçün əhəmiyyətlidir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Dünyada gedən qlobal bölgü prosesində yaranan iqtisadi imkanlardan Azərbaycan maksimal dərəcədə yararlanmağa çalışır. Sözsüz ki, dünyanın, xüsusən də  Avropanın enerji təhlükəsizliyi ən vacib prioritet məsələ kimi gündəmdədir. Bu ilin yanvarın 1-dən Rusiya qazının Ukrayna üzərindən tranzitinin dayandırılmasından sonra, Azərbaycan ən çox eytiyac olan tərəfə çevrilib. Azərbaycandan, Xəzəryanı bölgədən enerji daşıyıcılarının ötürülməsi, Avropada qaz böhranının aradan qaldırılması üçün ən optimal variant qəbul edilir. Azərbaycan prezidenti İlham Əliyevin Davosda görüşlərinin sıxlığı özü özlüyündə deyilənlərə sübutdur.

Siyasi əhəmiyyətə gəldikdə isə qeyd edilməlidir ki, Türkiyənin özünün qaz ehtiyatları kəşf etməsi, onun ixracını planlaşdırdığı və Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra, dünyanın enerji təhlükəsizliyi bir mənalı döyüş meydanında həll edilir. Azərbaycanın Ermənistan və onun havadarları üzərində  möhtəşəm qələbəsi, qlobal dünya bölgüsündə Azərbaycanı orta güc kimi söz sahibinə çevirib. Yəni, Avropanın Azərbaycanla yaxşı münasibəti siyasi və iqtisadi zərurətə söykənir.  Dünya İqtisadi Forumunda Azərbaycan prezidentinin mövqeyi dünyanın iqtisadi və siyasi mənzərəsinə əhəmiyyətli təsir edir və bu forumun özünün də Azərbaycanın öz milli və strateji maraqlarının, eləcə də regionla bağlı hədəflərinin icrası üçün bir vasitə kimi, çox faydalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31