Tacikistan MDB-də nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması layihəsinə başlayacaq
23 Yanvar 2025 12:36 SiyasətTacikistan MDB-yə sədrliyi çərçivəsində Birlik məkanında əsas intermodal nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması Strategiyasının hazırlanması üzrə layihəyə başlamağı planlaşdırır.
Olaylar.az xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon bu gün ölkəsinin 2025-ci ildə MDB-də sədrliyinə həsr olunmuş tədbirdə bildirib.
Səfir qeyd edib ki, bu layihənin həyata keçirilməsi üçün BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın (ESCAP) ekspertizası cəlb olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31