Ermənistan ABŞ-lə strateji tərəfdaşlığa ümid edir: Mirzoyan Marko Rubionu təbrik etdi – ÖZƏL
21 Yanvar 2025 12:35 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Marko Rubionu ABŞ-nin dövlət katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
"Marko Rubionu ABŞ-nin dövlət katibi vəzifəsinə təyin olunması münasibətilə səmimi təbriklərimi çatdırıram. Ermənistan ABŞ-lə ortaq dəyərlər və maraqlar əsasında qurulan strateji tərəfdaşlığı yüksək qiymətləndirir. Ölkələrimizin təhlükəsizlik, demokratiya və rifah naminə əməkdaşlığını daha da gücləndirəcəyimizə ümid edirik," - deyə Mirzoyan sosial şəbəkə X-də yazıb.
Qeyd edək ki, ABŞ Senatı Marko Rubionun dövlət katibi təyin olunmasını yekdilliklə təsdiqləyib. 99 senatorun hamısı onun namizədliyinə səs verib.
Rubio təşəkkür nitqində həmkarlarının ona göstərdiyi etimada görə minnətdarlığını bildirib və bu vəzifəyə yekdilliklə seçilməkdən qürur duyduğunu qeyd edib.