Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələri qurula bilər- ÖZƏL
21 Yanvar 2025 11:24 Siyasət"Ermənistan çalışır ki, Türkiyə ilə normallaşma prosesini sürətləndirsin. Bu il ərzində Türkiyə və Ermənistan diplomatik əlaqələri qurula bilər". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Rəsmi Ankara da bunun üçün Azərbaycanla iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün çalışır. Türkiyə də Fransa və Rusiyanın Ermənistanda mövqeyinin güclənməməsi üçün bu ölkə ilə sərhədləri açıb, prosesləri idarə etməyi hədəfləyir. Türkiyənin geopolitik planı "Qafqaz Evi" qurmaq və Qafqazda geosiyasi mövqelərini möhkəmləndirməkdən ibarətdir. Bunun üçün Azərbaycan və Ermənistanla sülh müqaviləsinin bağlanmasına çalışır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31