Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ saxlanıldı
20 Yanvar 22:30 SiyasətÜmit Özdağ, Ankarada polis tərəfindən saxlanılıb.
Tibbi müayinə üçün xəstəxanaya aparılan Özdağın yaxın saatlarda ifadə vermək üçün İstanbula aparılması gözlənilir.
İstanbul Cumhuriyyət Baş Prokurorluğu, Özdağın 19 yanvarda keçirilən Zəfər Partiyasının Antalya İl Başqanları Məşvərət toplantısında etdiyi çıxışına görə istintaq başladıb.
Özdağ, çıxışı zamanı Prezident Rəcəb Tayyib Ərdoğanla bağlı aşağıdakı ifadələri işlədib:
"Ərdoğan, Türk millətinin dövlətini təriqət və camaatlar arasında bölüşdürərək, şirk qoşanları dövlətə ortaq edərək Türk millətinin inancına zərər verir. Milyonlarla qaçqını Anadoluya qəbul edərək, Türk mədəniyyətini məhv edir. Yaşananlar əslində AKP faşizmidir."
Saxlanılma xəbərindən sonra Ümit Özdağ sosial media paylaşımında belə deyib:
"Bu çıxışı 1000 dəfə daha etməyə hazıram."