Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün vaxtı və yeri barədə razılaşma yoxdur - Ceyhun Bayramov

Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh müqaviləsi ilə bağlı danışıqlar aparırlar.

Olaylar xəbər verir ki, bunu bu gün 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, XİN rəhbərlərinin növbəti görüşünün vaxtı və yeri barədə razılaşma yoxdur.

"Sülh müqaviləsi ilə bağlı proses 2025-ci ildə də davam etdiriləcək. Ermənistandan ciddi əməli addımlar gözləyirik", - nazir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31