MSK sədri bələdiyyə seçkiləri ilə bağlı qeydə alınan namizədlərin sayını AÇIQLAYIB
20 Yanvar 2025 12:12 SiyasətBələdiyyə seçkiləri ilə bağlı 16096 nəfər namizəd qeydə alınıb.
Olaylar xəbər verir ki, bunu bu gün 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib
O qeyd edib ki, 8071 üzv seçilməlidir.
"İşğaldan azad olunmuş ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək. Amma hesab edirəm ki, növbəti seçkilərdə artıq Azərbaycanın bütün ərazilərində bələdiyyə seçkiləri keçiriləcək. Azərbaycanda fəaliyyət göstərən 26 siyasi partiyadan 23-ü bu seçkilərdə iştirak edir", - MSK sədri əlavə edib.
Qeyd edək ki, Azərbaycanda yanvarın 29-da bələdiyyə seçkiləri keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31