Prezidentliyin son günləri - Səssizlik hökm sürür

ABŞ Prezidenti Co Baydenin prezidentlik müddətinin sonuna yaxın Ağ Evdə əhval-ruhiyyə aşağı səviyyədədir.

Milli.Az xəbər verir ki, NBC telekanalının məlumatına görə, Vaşinqton administrasiyasının nümayəndələri ilə görüşən mənbə Prezidentin iqamətgahında gərgin və tutqun atmosferin hökm sürdüyünü bildirib. Hətta Ağ Evin "morqa" bənzədiyi də vurğulanıb.

Baydenə yaxın şəxslər onun prezidentlik dövrünü dəyərləndirərkən melankoliya, qəzəb və peşmanlıq hissləri yaşadığını qeyd edirlər. Demokrat politoloq Ceyms Karvil isə Baydenin siyasətdən daha şərəfli şəkildə gedə biləcəyini, lakin bunun alınmadığını bildirib.

Xatırladaq ki, Co Bayden ABŞ-ın 46-cı prezidenti olub və 2021-ci ildə keçirilən seçkilərdə Donald Tramp üzərində qələbə qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31