İlham Əliyev: Azərbaycanla Gürcüstanın siyasi əlaqələri bütün qonşular üçün nümunə ola bilər
17 Yanvar 2025 16:47 SiyasətBizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır.
Olaylar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata birgə bəyanatında söyləyib.
"Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər", - deyə dövlətimizin başçısı iqtisadi sahədə də yaxşı nəticələrin olduğunu vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31