İrakli Kobaxidze Azərbaycana gəldi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31