Azərbaycan və Gürcüstan öz milli maraqlarına uyğun siyasət həyata keçirir - Ceyhun Bayramov

Bəzi böyük dövlətlərin müstəqil və suveren dövlətlərin daxili işlərinə qarışma cəhdi yeni tendensiya deyil.

Olaylar.az xəbər verir ki, bu barədə bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan xarici işlər naziri Maka Botchorishvili ilə birgə Bakıda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, böyük ehtimalla bu cəhdlər heç bir zaman indi olduğu kimi, böyük və aqressiv şəkildə olmayıb.

"Azərbaycan və Gürcüstan hansısa böyük dövlətlərin diktəsinə görə yox, öz milli maraqlarına uyğun siyasət həyata keçirir. Belə olan halda isə hədəf olaraq seçilir. Alət olaraq da müxtəlif prosesləri bəhanə kimi seçirlər. COP29 kimi beynəlxalq tədbiri Azərbaycana çirkin əməllərlə hücum etmək üçün bəhanəyə çevirmişdilər",- deyə nazir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31