Millətimizin qəhrəmanlığını nümayiş etdirın gün- ÖZƏL
12:28 Siyasət"20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə acı ilə xatırlanacaq gün deyil, həm də millətimizin qəhrəmanlığını nümayiş etdirdiyi gündür. 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur". "Olaylar" xəbər verir ki, bunu YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov deyib: "20 Yanvar faciəsinin törədilməsində məqsəd Azərbaycan xalqının azadlıq istəyini boğmaq, onun susdurmaq idi. Ancaq onlar öz məqsədlərinə nail ola bilmədilər. 20 Yanvar faciəsi xalqımızın milli azadlığına qovuşmasına təkan verdi. Müstəqilliyə gedən yolun başlanğıcı oldu. Azərbaycan 1991-ci il 18 oktyabr tarixində müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illəri faciələrlə, çətinliklə xalqımızın yaddaşındadır. Xalqımız müstəqilliyin sevincini 1993-cü ildən yaşamağa başladı. Belə ki, xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin həyatında yeni dövrün başlanğıcı oldu.1993-cü ildən başlanan yol davamlı uğurlarımızı, möhtəşəm zəfərlərimizi şərtləndirir".