Deputat seçicilərin problemlərini dinləyib
13 Yanvar 2025 12:14 SiyasətMilli Məclisin deputatı Günay Ağamalının Salyan rayonu, Babazanlı yaşayış massivində yerləşən Xeyr-şər evində vətəndaşlarla görüşü keçirib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib. Bildirib ki, görüşdə torpaqlarımızın azadlığı və suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhraman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib. Daha sonra millət vəkili qısa müddət ərzində görülmüş işlər və həllini tapmış problemlər haqqında görüş iştirakçılarına məlumat verib.
Ardınca, millət vəkili Günay Ağamalı seçicilərin qaldırdığı cari problemləri və təklifləri dinləyib, onların həlli istiqamətində zəruri işlərin görüləcəyini diqqətə çatdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31