Azərbaycan liderinin fəaliyyəti sözlə əməlin vəhdət nümunələri ilə zəngindir
13:56 Siyasət"Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində ən yaddaqalan məqamlardan biri Ermənistanın militarizasiya siyasəti ilə bağlı verilən xəbərdarlıq oldu. "Bir daha demək istəyirəm ki, biz buna sadəcə müşahidəçi kimi baxmayacağıq. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Fransa və ona silah verən digər ölkələr bu müqavilələri ləğv etməlidirlər. Artıq Ermənistana verilən silahlar geri qaytarılmalıdır. Bu bizim şərtimizdir." "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Bildiyiniz kimi, Azərbaycan liderinin bütün fəaliyyəti sözlə əməlin vəhdət nümunələri ilə zəngindir. Hər kəs, o cümlədən beynəlxalq arenada onun sözünün imzası qədər keçərli olduğunu bilir. Demək, əgər o, bunun şərt olduğunu deyibsə, deməli, bu belə də var. Üstəlik, bu şərt heç də sülh razılaşması ilə əlaqəli deyil, özlüyündə ayrıca bir şərtdir. Bu şərtin yerinə yetirilmədiyi təqdirdə Ermənistan Bakı tərəfindən tətbiq ediləcək sanksiyanı göz önünə almadır. Ona görə də indiki mərhələdə daha yaxşı olar ki, İrəvan hökuməti bunu özü üçün aydın təsəvvür edə bilsin və Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması naminə gərəkən bütün addımları atsın".