Ərdoğan Azərbaycana yeni səfir təyin edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən Birol Akgün qardaş ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Olaylar xəbər verir ki, ölkə liderinin qərarı "Rəsmi qəzet"də dərc olunub.

Birol Akgün bundan öncə Türkiyə Maarif Fondunun sədri olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31