Nikol Paşinyan da öz sələflərinin etdiklərini edir– ÖZƏL
10 Yanvar 20:01 Siyasət"Nikol Paşinyanın əməlləri ilə sözləri bir-birini tutan lider deyil. İllərlə sülh naminə maskalanmış dırnaqarası sülhpərvər Levon Ter-Petrosyanın 1993-cü ildə çəkilmiş videosu bu günlərdə yayıldı. Ortaya çıxdı ki, o da soyqırımın, etnik təmizləmənin tərəfdarıdır".
Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Nikol Paşinyan da öz sələflərinin etdiklərini edir. Cənab Prezidentin vurğuladığı bir məsələ var ki, Nikol Paşinyanın 2018, 2019, 2020-ci illərdə, müharibəyə qədərki ifadələrinə baxsaq görərik ki, o, Azərbaycanı müharibəyə təhrik edir, psixoloji basqı qurmağa çalışırdı. O, Azərbaycanın öz torpaqlarını işğaldan azad edə biləcəyini düşünmürdü. 44 günlük Vətən müharibəsində və sonrakı antiterror əməliyyatlarında gördük. Müharibə artıq 5 ilə yaxındır bitsə də, Ermənistan sülhə dair hələ də real addım atmayıb. Kiçik irəliləyişlər də Bakının konstruktiv addımlarının nəticəsidir. Azərbaycanın çağırışlarına rəğmən, Ermənistan hələ də bu çağırışlara əməl etmir və Nikol Paşinyan yalandan sülhdən danışır".
Zeynəb Rzayeva