Ekspert: “Zəngəzura qayıdacaq, Azərbaycan öz qərbi ilə birləşəcək” – ÖZƏL

"Paşinyan əslində Qərbi Azərbaycanın hara olduğunu bilir. Dünənki açıqlamaları ilə göstərir ki, tarixi saxtalaşdırmaqda xüsusi maraqlıdır. Bunun özü əslində həm də prezidentin Qərbi Azərbaycanla bağlı dediyi fikirlərə münasibət, başqa formada isə onu təsdiq etmək anlayışı cəhdidir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Əziz Əlibəyli deyib:

"Paşinyanın Azərbaycanın qərbi kimi Gədəbəy, Daşkəsəni və bu cür rayonları qeyd etməyi deməzdim ki, çaşdırıcı məqsəd daşıyır. O, tamamilə yeni müzakirə mövzusu açır. Bu, əslində yaxşı bir şeydir ki, bu həqiqəti aşağı-yuxarı Paşinyan kimi düşünən bütün erməni cəmiyyətinə qəbul etdirək. Başqa mənada proses dövlət səviyyəsində aparılır. Azərbaycan Respublikasının rəhbəri baxışlarını faktiki olaraq ortaya qoydu. Bu baxışlar bilavasitə özündə onu əks etdirir ki, Ermənistan tərəfi Vətən müharibəsində də, bir günlük antiterror əməliyyatında da, dörd kəndin qaytarılmasında da daim məğlub olan tərəfdir və bütün həqiqətlərə ucuz reaksiyalar verib. Zəngəzura qayıdacaq, Azərbaycan öz qərbi ilə birləşəcək. Bu,Paşinyanın tərs məntiqlə verdiyi açıqlamalarla da üst üstə düşür".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31