İtaliyanın Prezidenti Prezident İlham Əliyevə başsağlığı verib

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Olaylar xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Zati-aliləri.

İtaliya Respublikası adından və şəxsən öz adımdan Sizə Milad günü baş vermiş çox ağır təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığımı bildirirəm.

Cənab Prezident, Sizinlə birlikdə dost Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək, həlak olanların ailələrinin kədərini bölüşürəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31