Kobaxidze Ukrayna və Moldovanın partiya qadağası təcrübəsini müdafiə edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze Brüsseldə "Euronews"un təşkil etdiyi Avropa İttifaqının genişlənməsinə həsr olunmuş sammitdə Ukrayna və Moldovanın təcrübəsini əsas gətirərək ölkəsində siyasi partiyaların qadağan edilməsi planlarını müdafiə edib.

Jurnalist Mariya Tadeonun siyasi partiyaların qadağan olunması ilə bağlı sualını cavablandırdıran hökumət başçısı bildirib ki, Ukrayna və Moldovada partiyaların qadağan edilməsi Gürcüstan üçün yaxşı nümunədir və onlar bu məsələdə həmin ölkələrə çatmaq niyyətindədirlər. O, Ukraynada 18 siyasi partiyanın qadağan olunduğunu xatırladaraq, avropalı bürokratların məsələyə hüquqi deyil, siyasi qiymət verməsini tənqid edib və bunun Gürcüstanın müstəqil məhkəmə sisteminə müdaxilə olduğunu qeyd edib. Kobaxidze vurğulayıb ki, hazırda ölkəsində təxminən beş müxalif partiyanın konstitusiyaya uyğunluğu məsələsi Konstitusiya Məhkəməsində baxılmaqdadır və bu, tamamilə hüquqi prosesdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31